Qonşu ölkədəki məşhur restoranda atışma: Ölən və yaralılar var (Video izlə)

Rusiyanın Zelenoqrad şəhərində “Plov sentr” kafesində ölümlə nəticələnən atışma baş verib.

Bu barədə yerli İstintaq Komitəsi xəbər verib.

Bununla bağlı yayılan kadrlardan görünür ki, əvvəlcə müştərilər arasında mübahisə baş verib. Bundan sonra onlardan biri silahını çıxararaq atəş açıb. 

Hadisə nəticəsində 33 yaşlı gənc yerindəcə ölüb, daha iki nəfər isə yaralanıb.

38 yaşlı şübhəli saxlanılıb, onun evində axtarışlar aparılır.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO