Qonşu ölkədə məktəb və 20 ev yandı (Video izlə)

Rusiyanın Kurqan rayonunun Yuldus kəndində məktəb və 20 ev yanıb.

Bu barədə bazar günü ölkənin Fövqəladə Hallar Xidmətlərindən məlumat verilib.

Məlumata görə, rayonunun üç kəndinin sakinləri yanğın təhlükəsi ilə əlaqədar təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib ki, fövqəladə hadisə nəticəsində insan tələfatı olmayıb. Yanğının söndürülməsi sürəti 20 m/s-ə qədər olan güclü küləyin əsməsi və anomal isti hava şəraiti ilə çətinləşir. Prosesə 700-dən çox canlı qüvvə və 200-ə yaxın texnika cəlb olunub.

Related posts

400 metrlik televiziya qülləsi yerlə bir oldu: Maraqlı görüntülər – VİDEO

Maduro fələstinlilərlə həmrəylik edir və Ramazan ayı münasibətilə təbrik edir

Ənsarullah: Amerika sionist rejim cinayətlərinə şərikdir