Qonşu ölkədə hərbçiləri daşıyan avtobus yandı – Ölənlər və yaralılar var (Video izlə)

Türkiyənin Mersin şəhərində hərbçiləri daşıyan avtobus TIR-a çırpılıb.

Qəzadan sonra avtobus yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürən, polis və tibb qrupları çağırılıb.

Tibb işçiləri 3 nəfərin həyatını itirdiyini müəyyən ediblər. İkisi ağır olmaqla 20 nəfər yaralanıb. Yaralılar Mersin və Adanadakı xəstəxanalara çatdırılıblar. Həlak olanların meyitləri kimliklərinin müəyyənləşdirilməsi üçün morqa aparılıb.

Hadisə ilə əlaqədar Mersin-Niğde istiqamətində uzun tıxac yaranıb.

Related posts

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO

Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO