Qonşu ölkədə 25 avtomobil toqquşdu: Çox sayda yaralı var (Video izlə)

Rusiyanın Saratov şəhəri yaxınlığında zəncirvari avtomobil qəzası baş verib.

Magistral yolda 25 avtomobil toqquşub. Qəzaya pis hava şəraiti və yolun buz bağlaması səbəb olub.

Məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Xəsarət alan yeniyetmələrdən biri kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha iki nəfərin xəstəxanaya aparıldığı bildirilib. Zərərçəkənlərin qalan hissəsində nisbətən yüngül zədələr qeydə alınıb.

R-228 magistralının hadisə baş verən hissəsində bütün avtomobillərin hərəkəti dayandırılıb.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO