QMİ-nin səlahiyyəti rəsmi olaraq əlindən alındı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Sənəd qəbulu mayın 24-dən iyunun 24-dək davam edəcək.  

Müsabiqədə iştirak etmək üçün dini ali və orta ixtisas təhsil haqqında sənəd, sağlamlıq haqda arayış, narkoloji və ruhi-əsəb dispanserindən arayışlar, məhkumluğun olmaması barədə arayış tələb olunur.

Əlavə olaraq namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

İbadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması ilə bağlı sənədlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sədrliyilə  komissiyada baxılacaq.

Qeyd edək ki, bundan əvvəl məscid və ziyarətgahlarda din xadimlərini vəzifələrə təyin etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə məxsus idi. Lakin qanunvericilikdə son dəyişikliklər çərçivəsində bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib. 

Related posts

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO