Qaşıqçının nişanlısı Türkiyə məhkəməsinin son qərarına reaksiya verib

QafqazTimes xəbər verir ki, “Russia Today”-in məlumatına görə, Türkiyə Baş Prokurorluğu Türkiyənin İstanbul səfirliyində səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətli ilə bağlı 26 müttəhimin işinin Səudiyyə Ərəbistanına təhvil verilməsinə qərar verdikdən sonra jurnalistin nişanlısı Xədicə Çingiz bu qərara reaksiya olaraq nişanlısının fotosunu Twitter-də yerləşdirərək yazıb: “Allahın izni ilə Camalın qanı tapdalanmayacaq və tapdalanmasına icazə verməyəcəyik.”

O, həmçinin yazıb: “Camalın qətli ilə bağlı keçirilən məhkəmə iclasında baş prokuror Səudiyyə Ərəbistanının tələbi ilə işin Səudiyyə Ərəbistanına təhvil verilməsini və Türkiyədə bağlanmasını istəyib.”

O əlavə edib ki, məhkəmənin bununla bağlı yekun hökmü elan etməsi üçün Türkiyə Ədliyyə Nazirliyinin rəyi alınmalıdır.

Çingiz yazıb: “İkisindən hansı birini seçəcəyik? Əxlaqi keyfiyyətlərə malik insan kimi yaşamağı və ya maddi maraqları hər şeydən üstün tutmaqla həyatımızı qurmağı?”

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib