Qardahi Livanın İnformasiya naziri vəzifəsindən rəsmən istefa verdi

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə, Livanın informasiya naziri Corc Qardahi deyib: “Hekayənin təkrarlanmasına və müsahibənin mənim nazir təyin olunmazdan əvvəl aparıldığını xatırlatmağa ehtiyac yoxdur”.

O, daha sonra bəzi Livan mediası və sosial şəbəkələrinin məqsədyönlü şəkildə hücumu barədə deyib: “Bu həmlələrə görə, Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri tərəfindən mənim istefam və Livana qarşı sanksiya tələbləri başlayıb. Livanda mənə tərəfdaşlıq edənlərin əksəriyyəti suverenlik və müstəqillik üçün ilk çağırış edənlər oldu.”

O, əlavə etdi: “Mən müttəfiqlərlə məsləhətləşdim və onlar uyğun bir qərar verməyi mənim ixtiyarıma buraxdılar. Fars körfəzi ölkələrində Livana və livanlı qardaşlara edilən zülmün səbəbkarı olmağı qəbul edə bilmərəm. Livan mənim əsas məsələmdir.”

Qardahi həmçinin deyib: “Livan hökumətindəki vəzifəmdən istefa vermək qərarına gəldim.”

Livanın informasiya naziri bəyan edib: “Yəməndəki müharibə əbədi olaraq davam etməyəcək və bu münaqişədə iştirak edən tərəflərin danışıqlar masasına oturacağı gün gələcək.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur