QafqazTimes.com AiF-ə istinadən xəbər verir: RF Ali İqtisadiyyat Məktəbinin dekanı doktor Sergey Qaraqanov NATO-ya münasibət bildirib. O deyib:
NATO xərçəngdir. Amma şaxələri (metastaz) indi yayılır…
Biz ABŞ və Qərblə yaşanan gərginlikdə nümayiş etdiririk ki, hadisələrin istənilən şəkildə inkişafına hazrıq. Sərt diplomatik oyun gedir. Avropann qapıları üzümüzə bağlansa, bizim öz Parisimiz var. Biz 1990-cı ildə Paris xartiyasını imzalamaqda səhvə yola verdik. Qəbul etdik ki, istənilən dövlət istənilən ittifaqa daxil ola bilər. Olsun ki, o zamankı rəhbərlər Rusiyanı NATO-ya daxil etmək istəyirmiş. Hazırda Moskvanın tələblərini ultimatum kimi qəbul edirlər. Rusiya dəfələrlə kiminsə imperialist ambisiyalarını cilovlayıb. Nüvə silahımız olmasaydı çoxdan üstümüzə gəlmişdilər. NATO Avropa xərçəngidir. Onun metastazları yenicə yayılmağa başlayıb. NATO yaşamaq üçün gərginliyə ehtiyaclıdır. Əvvəlcə onun şaxələrini kəsmək, dayandırmaq lazımdır. Çinlə dərin dostluğumuz olsa da, başqa dostlar qazanmaq pis olmaz. Qərbi ultrafeminizm, LGBT kimi qeyri-insanı cərəyanlar fəth etsə, həmkarlıq etmək çətin olacaq. Ümid edirəm ki, ağıllı başçılar qərbi mənəvi uçurumdan qoruyacaq. NATO-ya daxil olmasına göz yumduğumuz ölkələr qudurur. Bunun qarşısını alacağıq. Biz kimisə geri qaytarmaq istəmirik. ABŞ-ın formalaşdırdığı Ukrayna bizə lazım deyil.