Qantz: İsrailin əsas problemi İrandır!

QafqazTimes xəbər verir ki, sionist rejimin hərbi kolleclərindən birində sionist zabitlərin buraxılış mərasimi zamanı sionist rejimin müharibə naziri Benni Qantz İranla mübarizə barədə danışıb.

Bazar ertəsi axşam “The Times of Israel” qəzetinin verdiyi xəbərə görə, Qantz bu mərasimdə bölgədə İrana qarşı hərbi koalisiya yaradılması istiqamətində baş verən proseslər barədə Amerika prezidenti Co Baydenə məlumat verəcəyini söyləyib.

Sionist rejimin müharibə naziri daha əvvəl elan etmişdi ki, Təl-Əviv İranın pilotsuz təyyarələri və raketlərinə qarşı mübarizə üçün ABŞ-ın dəstəklədiyi regional koalisiya yaratmaqdadır.

Benni Qantz həmçinin mərasimdə sionist zabitlərə müraciət edərək deyib: “Sizin hamınızın öhdəsindən gəlməli və həll etməli olduğunuz ilk təhlükəsizlik problemi İranın təcavüzü, İranın nüvə fəaliyyətləri ilə mübarizə, İsrailin özünü müdafiə etmək üçün əməliyyat qabiliyyətini inkişaf etdirmək və həmçinin əməkdaşlıq məqsədi ilə yeni əlaqələr qurmaqdır.”

Qantz belə davam edib: “Prezident Bayden iki gündən sonra burada olacaq və biz ona regiondakı tərəfdaşlarımızla İrana qarşı yaratdığımız vahid gücü göstərəcəyik.”

Qeyd edək ki, iyunun 14-də Amerikaya səfərindən və bu ölkənin müdafiə naziri ilə görüşdükdən sonra Qantz Vaşinqtonun rəhbərlik etdiyi regional koalisiyanın yaradılmasını təklif edib.

O, iddia edib: “Amerikalı tərəfdaşlarımız və müttəfiqlərimizlə tərəfdaşlıq və dərin əlaqələrin möhkəmləndirilməsi, eləcə də son illərdə region ölkələri ilə qurduğumuz və inkişaf etdirdiyimiz əlaqələr İsrailin regionda üstünlüyünün əsas amilidir. Bu günlərdə biz iqtisadiyyat, ətraf mühit və təhlükəsizlik sahələrində tərəfdaşlıq yaratmaq üçün Misir, İordaniya və normallaşdırma sazişlərinin üzvü olan ölkələrlə sülhü möhkəmləndirir və dərinləşdiririk.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri