BMT-nin qida böhranı ilə bağlı çirkin planları!

QafqazTimes xəbər verir ki, İyulun 7-də (16 iyul) Birləşmiş Millətlər Təşkilatının “UN Chronicle” adlı rəsmi jurnalı “Dünya aclığının faydaları” adlı çox qəribə məqalə dərc edib. Bu məqaləni Havay Universitetinin politologiya üzrə professoru Corc Kent yazıb, lakin dərc olunduqdan bir neçə saat sonra bu saytın portalından silinib.

Qeyd edək ki, Corc Kentin Birləşmiş Millətlər Təşkilatı ilə qida və kənd təsərrüfatı, eləcə də uşaqlar sahəsində əməkdaşlıq tarixi vardır.

Bu qəribə məqalənin əsas arqumenti ondan ibarətdir ki, insanların aclığı onların səmərəliliyinin və yaradıcılığının artırılmasında mühüm rol oynayır. Və bu pis bir fenomen deyil! Çox qəddar və super-darvinist arqumentini davam etdirən Kent, dünyada sənaye və istehsal xətlərinin təməlinin “aclıq” olduğunu və bu mənada bunun heç də pis bir şey olmadığını iddia edib. BMT-nin uzun müddətli həmkarı olan Kent iddia edib ki, əgər “aclıq” olmasaydı, heç kim fiziki əməklə məşğul olmazdı və bu, qlobal iqtisadiyyat üçün çox pis nəticə olardı! O, əlavə edib ki, “ac insanlar ən yaradıcı insanlardır”.

Bu yazının başlığı və məzmunu mahiyyətcə o qədər qəribə və rəhimsiz görsənir ki, dünyanın sosial şəbəkələrində hətta yumor və ya bir zarafat olması ehtimalı gündəmə gətirildi. Lakin sübutlara görə burada heç bir yumorun olmadığı aydındır və bu məqalə tam ciddi şəkildə yazılmışdır.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı