Qadına yaxınlaşıb uşağını pulla almaq istədi (Video izlə)

ABŞ-ın Florida ştatında yaşlı kişi mağazada bir qadından uşağını pulla almaq istəyib. O, qızı müqabilində anaya 100 min dollar (170 min manat) təklif edib.

Hadisə Port-Orinc şəhərində baş verib.

Məlumata görə, 85 yaşlı Hellmut Kolb əvvəlcə qadına yaxınlaşaraq, yanında duran səkkiz yaşlı qızının çox gözəl olduğunu deyib.

“Sonra uşaq sahibi ola bilməyəcəyini, amma bunu çox istəməyindən danışdı, ardınca qızımı 100 min dollara almaq istəydiyini dedi”, – deyə qadın olanları xatırlayıb.

O, bu vəziyyətdən şoka düşdüyünü bildirib.

Lakin qadın özünü ələ alaraq dərhal polisə müraciət edib və kişi saxlanılıb.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik