Qadın polislərə görün nə dedi: “Reklam edim, siz də görün” – DİN açıqlama verdi (Video izlə)

Bakıda yol polisi ilə sürücü arasında insident yaranıb.

Yaranan mübahisənin videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, xanım sürücü idarə etdiyi nəqliyyat vasitəsində təhlükəsizlik kəmərini taxmadığı üçün DYP əməkdaşları tərəfindən qanuni formada saxlanılıb. Lakin o, yol polisi əməkdaşlarının təhlükəsizlik kəmərini taxmayan sürücülər arasında ayrı-seçkilik qoyduqlarını iddia edərək, bu qanun pozuntusuna obyektiv nəzarət edə bilmədikləri ilə ittiham edib.

Mübahisə anını mobil telefonu ilə lentə alan sürücü DYP əməkdaşlarının xidməti avtomobildən düşmələrini tələb edib:

“Mən hörmətsizlik etmirəm, hamı kəmərsiz sürür, maşınını niyə saxlamırsınız? Kəmər taxmamışam, yazın cəriməmi. Yol polisisiniz, düşün aşağı, kəmər taxmayan hər kəsi saxlayın da, niyə saxlamırsınız? Bu videonu paylaşıb sizi “reklam” eləyim, siz də görün”.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib. Onun sözlərinə görə, yol hərəkəti qaydasını pozub, daha sonra məsuliyyətdən yayınmağa çalışarkən xidmət aparan polis əməkdaşını videoya çəkməklə onu qanuni işindən yayındırmaq məqsədilə qanuni tələblərə və insani keyfiyyətlərə uyğun olmayan lüzumsuz müzakirələrə, qanun keşikçisini nüfuzdan salmağa hesablanmış addımlar atmaq yolverilməzdir.

Related posts

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Bakıdakı oğurluq anbaan müşahidə kameralarına düşdü – FOTO/VİDEO

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO