Qadın corablarının içindən 32 ilan balası çıxdı – VİDEO

Türkiyədə gömrük qrupları Edirne Kapıkule Sərhəd Qapısından Türkiyəyə daxil olan yük maşınına baxış keçirib.

Almaniyadan gələn yük maşınının gömrük rəsmiləşdirilməsi prosedurlarından sonra sürücünün narahatlığı diqqət çəkib və maşın ətraflı şəkildə yoxlanılıb.

Yoxlama zamanı maşının qoşqu hissəsində tapılan parça çantada qara rəngdə nazik qadın corablarının içinə salınmış 32 canlı piton ilanının balası aşkarlanıb. Keyləşdirilmiş ilan balalarından dördü ölü olub.

Sürücü və yanındakı şəxs saxlanılıb.

Related posts

İtaliyada güclü külək vaqonları aşırdı – VİDEO

Çips yarışında ölən yeniyetmənin vəfat etməsinin səbəbi açıqlandı – VİDEO

ABŞ-da qasırğa ölümlərə səbəb oldu – VİDEO