Qaani: Düşmən çoxsaylı məğlubiyyətdən sonra  qarışıq müharibəyə əl atıb

Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani istər islami, istərsə də qeyri-islami cəmiyyətlərdə modern dünyada “müqavimət” sözünün bir trendə çevrildiyini vurğulayaraq deyib: Media və müqavimət şəhidlərinin zəhmətləri danılmazdır.

Əl-Aləm telekanalının məlumatına əsasən, bu gün (28 fevral) general Qaani media və müqavimət şəhidlərinin anım mərasimindəki çıxışının bir hissəsində deyib: Başda Amerika  və beynəlxalq sionist rejim olmaqla dünya imperializm sistemində müharibə anlamı dolayısı yolla silah və maddi imkan sahiblərinin xeyrinədir. Silah satıb dünyanı müharibə vasitəsilə idarə edənlər artıq qarşılarında media və müqavimət gördükdə metodlarını dəyişmək məcburiyyətində qaldıqları üçün hərbi müharibələrin tərkibinə media vasitələrini də əlavə edirlər.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO