Qəzza zolağının mərkəzində şəhid Süleymaninin fotosu +Video

Qafqaztimes xəbər verir ki, Fələstin Xalq Qurtuluş Cəbhəsi bazar ertəsi yaranmasının 54-cü ildönümünü qeyd edib.

Xəbər mənbələri bir videoda Xalq Qurtuluş Cəbhəsi qüvvələrinin cəbhənin yaranmasının ildönümü münasibətilə Qəzzada yürüş keçirdiyini və bu yürüşdə İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı şəhid Hacı Qasım Süleymaninin təsvirinin nümayiş olunduğunu bildiriblər.

Bundan əvvəl cəbhənin siyasi bölməsinin rəhbəri Mahir Əl-Tahir İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandirinin terroru ilə bağlı belə demişdi: “ABŞ öz çirkin hədəflərində məğlub olduqdan sonra, Komandir Qasim Süleymani dünyada bir simvola çevrilib.”

O, əlavə edib: “Şəhid Süleymani və Şəhid Əbu Mehdi əl-Muhəndisin qətli onların qatilləri üçün müsbət nəticəni vermədi”.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…