Qəzza müharibəsinin son statistikası: 17-i uşaq olmaqla 83 şəhid

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi cümə axşamı verdiyi məlumatda İsrailin bölgədəki hava hücumları nəticəsində indiyə qədər 83 nəfərin şəhid olduğunu bildirib.

“Shahab News” saytının verdiyi məlumata görə, bu açıqlamaya görə şəhidlərdən 17-si uşaq, yeddisi isə qadındır. Bu hücumlar zamanı 115-i uşaq və 50-si qadın olmaqla 487 mülki şəxs yaralanıb.

“Shahab News” həmçinin İsrail qırıcılarının son bir neçə saat ərzində Qəzza zolağı vilayətlərini bombaladığını və müqavimətin buna cavab olaraq, Təl-Əvivi və sionist yaşayış məntəqələrini raketlə vurduğunu xəbər verib.

Qeyd edək ki, müqavimət raketləri ilk dəfə Hayfanın cənub-şərqində və işğal olunmuş ərazilərin şimalındakı Aimak Yazrail bölgəsini hədəfə alıb.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək