Qəzzədə sionist casuslara hökm oxunub

QafqazTimes xəbər verir ki, Qəzza hərbi məhkəməsi bu gün (çərşənbə axşamı) bölgədəki dörd israilli casus haqqında hökm çıxarıb.

“Səma” xəbər agentliyinin verdiyi məlumata görə, Xan Yunis məntəqəsinin sakini olan Nəzzal S. adlı şəxs sionist rejimin casus aparatı ilə əlaqədə olduğu, müqavimət üzvləri, müqavimətin fəaliyyəti, tunellər və raketlərin yerləşdiyi yer haqqında məlumat ötürdüyü üçün edam cəzasına məhkum edilib.

Qəzza hərbi məhkəməsi daha iki nəfəri, Qəzzadan olan Məhəmməd B. və Xan Yunisdən olan Ömər T.-ni ömürlük həbs cəzasına məhkum edib.

Qəzza şəhərindən olan Rami. M adlı dördüncü şəxs isə ağır işlərlə on üç il həbs cəzasına məhkum edilib.

Keçən il də Fələstin mənbələri Qəzza zolağında bir casusun ölüm hökmü haqqında məlumat vermişdilər.

Qəzza zolağının Hərbi Apellyasiya Məhkəməsi verdiyi açıqlamada, müttəhim B, C-nin 1979-cu il Fələstin Cəza Məcəlləsinin 144-cü maddəsini pozaraq düşmənin xarici kəşfiyyat qurumu ilə əməkdaşlığa girdiyini bildirib.

Bəyanatda daha sonra deyilir ki, həmin şəxs 2008-ci ildə çıxarılan 4 saylı Məhkəmə Qanununun 104-cü maddəsinə əsasən güllələnmə cəzasına məhkum edilib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya