HƏMAS xəstə sionist əsiri xəstə fələstinli məhbuslarla dəyişməyə hazırdır

QafqazTimes xəbər verir ki, HƏMAS-ın məlumatına görə, hərəkat İsrail həbsxanalarındakı xəstə fələstinli məhbusların azad edilməsi müqabilində sionist hərbi əsir Hişam əl-Seyidi azad edəcəyini elan edib.

Ərəb KİV-lərinin məlumatına görə, müqavimət işğalçı rejim tərəfindən saxlanılan xəstə fələstinli məhbusların azad edilməsi müqabilində xəstə israilli məhbus Hişam əl-Seyidin azad edilməsinə razılaşıb.

Məlumata görə, Həmas hərəkatı həmçinin bununla bağlı istənilən beynəlxalq vasitəçiliyi də dəstəkləyib.

Şəhid İzzəddin əl-Qəssamın batalyonları dünən yayımladığı bir videoda Hişam əl-Seyidin vəziyyətinin yaxşı olmadığını açıqlayıb.

Çərşənbə axşamı Əl-Qəssam sionist hərbçi Hişam əs-Seyidin əsir götürülməsi ilə bağlı iddialarını sübut edən sənədləri açıqlayıb və onun ələ keçirilməsinin görüntülərini yayımlayıb.

Şəhid əl-Qəssam batalyonları bazar ertəsi gecəsi bu sionist məhbusun vəziyyətinin pisləşdiyini elan edib.

Əl-Qəssam sözçüsü Əbu Ubeydə deyib: “Düşmən əsirlərindən birinin Əl-Qəssam batalyonlarının əsirliyində olduğunu elan edirik.”

Əl-Qəssam Briqadaları tərəfindən yayımlanan görüntülərdə dörd sionist məhbusdan biri olan Hişam əs-Seyidin oksigen kapsulunun köməyi ilə nəfəs aldığı görünür.

Qeyd edək ki, Hişam əl-Seyyid 2015-ci ildə Fələstin müqavimət qüvvələri tərəfindən əsir götürülüb.

Related posts

İlham Əliyev İranın Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi -VİDEO

Xalqa xidmət yolunda şəhadət

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb