Qəzzə daha bir raket sınağı keçirdi

Fələstin müqavimət qrupları hərbi potensiallarını gücləndirmə astanasında digər bir raketini sınaqdan keçirib.

Əl Aləm telekanalının məlumatına əsasən, Fələstin müqaviməti dünən (20 avqust) bir bəyanat yayaraq yeni raket sistemini uğurla sınaqdan keçdiyini elan edib.

Məlumata görə bu raket Qəzzə zolağının cənubundan dənizə doğru atılıb.

Ötən həftənin cümə axşamı günü də Fələstin müqaviməti hərbi gücünü genişləndirmək məqsədi ilə hərbi təlim keçirmişdi. Bu təlimlər sionist rejimlə gərginlik şəraitində və işğal olunmuş Qüdsdə işğalçı sionistlərin daxili çaxnaşma və orduda üsyan ehtimalı ərəfəsində həyata keçmişdi.

Ekspertlər bu hərbi təlimlərin keçirilməsi və Fələstin müqaviməti tərəfindən bunun videosunun yayılmasını İsrail hakimiyyətinə açıq mesaj olduğunu, qərar qəbul etmədən və aqressiv tədbirlər görməzdən əvvəl bunun nəticələrini düşündürəcəyini deyirlər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib