Qəzəbli sürücü avtobusu görün nə hala saldı (Video izlə)

Əsəbi motosiklet sürücüsü aqressiyasına məğlub oldu, avtobusun yan şüşəsini qırdı.
Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən olay Rusiyanın mərkəzi küçələrindən birində qeydə alınıb. Yük avtomobilinin videoregistratoruna düşən görüntüdən aydın olduğu kimi yol boyunca gedən avtobus arxadan gələn motosikletin şiddətinə məruz qalıb.

Belə ki, sərnişinlərin nəqliyyat vasitəsinə minməsi üçün yolun sağ tərəfinə keçən avtobus motosikleti qəzəbləndirib. Anlıq hərəkəti yavaşlayan motosiklet sürücüsü avtobusun yanından ötərkən onun yan şüşəsini əliylə vuraraq qırıb. Diqqətlə baxdığımız zaman yolun kənarında avtobus işarəsinin olduğunu və həmin ərazinin dayanacaq kimi istifadə edildiyini görmək mümkündür.  

Related posts

“YouTube”da yeni funksiyalar: Süni intellekti işə saldı

“Huawei” ABŞ sanksiyalarını ətlə “yarmağın” yolunu tapdı

İtaliya parlamentində kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırıldı – VİDEO