Qətifdə İmam Hüseyn(ə) əzadarlıqlarına qarşı məhdudiyyətlər davam edir

Qafqaztimes xəbər verir ki, Əl-Əhd xəbər agentliyinin məlumatına görə Səudiyyə rəsmiləri ölkədə dini azadlıqlara qarşı basqılara davam edir. Məhərrəm ayının başlaması ilə Səudiyyə təhlükəsizlik orqanları Əhli-Beyt (ə) aşiqlərinə qarşı etdikləri hərəkətlərin miqyasını artırmış və İmam Hüseyn (ə) üçün keçirilən əza mərasimlərinin qarşısını almışdır.

Bununla əlaqədar olaraq, Qətifdəki Səudiyyə təhlükəsizlik qüvvələri “Əl-Məsələ” və İmam Hüseyn adlı iki məscidin məsul işçilərini 60 min Səudiyyə rialı məbləğində cərimə edərək Məhərrəm gecəsi mərasimlərini ləğv etmələri barədə göstərişlər vermişlər.

Ali-Səudun bu repressiv hərəkəti qarşısında Qətif sakinləri özlərinə sual verirlər ki, onlara qarşı bu zülm nə vaxta qədər davam edəcək? Bu ölkədə gündəlik musiqi konsertləri keçirildi halda koronavirusla mübarizə bəhanəsi ilə bu təqiblər və həbslər nə qədər davam edəcəkdir?

Əl-Əhd bildirib ki, Məhərrəm əzadarlıqlarının qadağan olmasına görə Qətif sakinləri çox narahatdır. Onlar əza mərasimləri keçirməkdən qorxurlar. Bundan əlavə Qətif camaatı Aşura bayraqları və bannerlərini küçələrə quraşdırmaqda da bir çox məhdudiyyətlərlə üzləşiblər.

Səudiyyə Ərəbistanında şiə fəalları və Səudiyyə hökumətinin müxaliflərinin həbsləri hər zaman olmuşdur, lakin Məhəmməd bin Salmanın iş başına gəlməsindən sonra bu hallar kəskin şəkildə artmışdır.

Related posts

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Sara Netanyahu mühakimə olunacaq!