Qətər: Həmas Dohada qalacaq

Qətər XİN sözçüsü Fələstin-İsrail konfliktinin həllində Fars Körfəzi ölkələri vasitəçiyinin müsbət effekt verənə qədər Həmas Hərəkatının ofisi Dohada öz fəaliyyətini davam etdirəcəyindən xəbər verib.

Ə Aləm telekanalının məlumatına əsasən, Macid Əl Ənsari bu gün (23 aprel) Həmas ofisini Dohanı tərk etmə ehtimalı barədə müxbirlərin sualına cavabda deyib: Həmas liderlərinin Dohada olmasının Fars Körfəzi ölkələrinin vasitəçiyinə müsbət təsir edəcəyi müddət ərzində burada qalacaqlar.

Məlumata görə, XİN sözçüsü Əl Ənsari həmçinin vurğulayıb: Həmasın Dohadakı ofisi İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində müsbət addımlar atmaq məqsədilə ABŞ və digər müttəfiqlər tərəfindən təsis edilib.

Qeyd edək ki, Qətər 2012-ci ildən bəri Həmas siyasi bürosunun Doha ofisinə ev sahibliyi edir və bu müddət ərzində sionist rejimlə Fələstin arasında pozitiv vasitəçidir.

Related posts

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı