Qəsbkar rejim qəsəbə sakinləri qorxu içində

İbri dilli informasiya qaynaqları  Qəzzə zolağında yerləşən sionist rejim qəsəbə sakinlərinin fələstinli müqavimət tərəfindən raket hücumuna məruz qaldıqlarından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyi beynəlxalq əlaqələr şöbəsinin məlumatına əsasən, Qəzzə zolağında yerləşən sionist sakinli “Sədirut” qəsəbəsində bir neçə güclü partlayışın ardınca təhlükə siqnalı verilib.

Bu xəbərə görə sionist rejim ordusuna aid radio partlayışdan sonra qəsəbə sakinlərinin qorunmaq üçün gizli məkanlara getdiklərini elan edib.

Xatırladaq ki, bu gün (1 fevral) Qəzzə zolağı və İordan çayının qərb sahilində fələstinlilər müqavimət qrupları və milli simaların dəvəti ilə nümayişlər keçirərək, ABŞ dövlət katibi Entoni Blinkenin bölgəyə səfərini pisləyiblər.

İordan çayının qərb sahilinin Ramallah şəhəri və Qəzzə zolağında onlarla fələstinli Fələstin bayraqlarını sionist rejimin cinayətlərini və ABŞ-ın bu rejimə hədsiz dəstəyini pisləyən plakatlar tutaraq, ABŞ və sionist rejim əleyhinə şüarlar səsləndiriblər. 

Related posts

Hənzələ əməliyyatı: Sionist rejim tarixində ən böyük həkləmə

Sionist girovların Netanyahuya müraciəti davam edir

Sionistlərin əksəriyyəti girov mübadiləsi tələb edir