BDYPİ adından istifadə edən saxtakarlar peyda olublar – AÇIQLAMA + FOTO

Sosial şəbəkədə polis orqanlarına aid saxta hesab yaradılıb.

Məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım edilir. İnsanlar şikayət yazdıqları səhifənin Baş Dövlət Yol Polisi İdarəsinə aid olduğunu zənn edirlər. Lakin müraciətlərin aidiyyəti üzrə həll olunmadığını görən bir neçə vətəndaş məsələ ilə bağlı paylaşım edərək saxtakarlığı ortaya çıxarıb. 

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, mövcud vəziyyətdən xəbərdardırlar. R.Tağıyev vətəndaşları sözügedən saxta səhifəyə şəxsi məlumatlarını göndərməməyə çağırıb: “Sənədlərinizi və şəxsi məlumatlarınızı rəsmi olmayan saxta səhifəyə göndərməyin. Qeyd edirəm ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Facebook” platformasında rəsmi səhifəsi yoxdur. Belə saxta səhifələrə müraciət ünvanlamayın. Onlar tərəfindən sizə yazılan cavablar rəsmi hesab edilmir və bu məlumatlara etibar etməyin. Məlumatlarınızın kimlərinsə əlinə keçməsinə icazə verməyin. Müraciətlərinizi rəsmi şəxslərə və səhifələrə ünvanlayın. Sözügedən faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsində şəxs və şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək”.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO