Putin yəhudilərə söz atdı!

QafqazTimes.com Ria-ya istinadən xəbər verir: Rusiya prezidenti Vladimir Putin tez-tez Sibirə, Tayqa meşələrinə istirahətə gedir.  “Sibirin insanları və təbiəti çox gözəldir” – deyir. Bu səfərlərdə müdafiə naziri Şoyqu da adətən onunla olur. “Bəs baş nazir Mişustini nə üçün özünüzlə aparmırsız” sualına yəhudi anekdotu ilə cavab verən Putin yəhudilərin tamahkarlığına söz atıb. O deyib: Əgər biz Mişustini də aparsaq, qədim yəhudi anekdotunu yada salın, dükanda kim qalacaq?!

Anekdotda deyilir:

Qoca yəhudi ölün yatağındadı, arvadı, uşaqları yanında dayanıb.

-Monya da burdadı? – yəhudi ölə-ölə soruşur.

-Burdadı – deyir arvadı.

-Brana xala da gəlib?

-Gəlib, gəlib…

Qoca nəfəsi kəsilə-kəsilə:

-İsak necə, o da burdadı?

-İsak da burdadı.

Halsız yəhudi əsəbi halda:

-Bəs dükanda kim qalıb? – deyir!

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır