İraqlıların müqavimət şəhidləri ilə əhdi yeniləmək və seçki nəticələrinə etiraz üçün nümayişləri

Qafqaztimes xəbər verir ki, cümə günü minlərlə iraqlı İraqdakı seçkilərə etiraz etmək üçün Bağdad küçələrinə çıxıb.

Mawazin News-un məlumatına görə, seçkilərin nəticələrinə etiraz olaraq nümayişlər və oturaq aksiyaların təşkili komitəsi ölkənin ədliyyə orqanlarına müraciət edib.

Bəyanatda deyilir: “Bəsirət cüməsi günü dinc nümayişçilər və oturaq aksiyalar keçirən və həftələrlə gecələrini kədər və məşəqqətlə keçirdikdən sonra, bu gün həqiqəti üzə çıxarmaq, nəsillərimizin gələcəyini məhv etmək istəyənlərin müqabilində canlarını fəda edən şəhidlərin saf qanı ilə əhdi təzələmək üçün küçələrə çıxdılar. Bu nümayişçilər sionist rejimlə münasibətlərin normallaşmasına və Amerika cinayətkar işğalçılarına təslim olmağa qarşıdırlar.”

Bəyanatda həmçinin bildirilir ki, daxildəki bəzi xainlərin əməkdaşlığı ilə Kətaib-Hizbullah şəhidləri və Bağdad hava limanı yaxınlığında baş verən hadisədə şəhid olanları, Amerika işğalçılarının terror etdiyi İŞİD üzərində qələbənin şəhid komandirləri də daxil olmaqla bir qrup əzizlərimizi itirdik. İraqın cəsur məhkəmə heyətinə müraciət edərək deyirik ki, biz əvvəldən sizə nikbin yanaşırıq və Allahdan sonra sizə ümid edirik və buna görə də təzyiqlərə boyun əyməməyi və məzlumların köməyi və fırıldaqçılara və zalımlara qarşı möhkəm bir sədd olmağınızı sizdən istəyirik.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?