Putin və Bayden: Nüvə müharibəsinin qalibi yoxdur!

Qafqaztimes xəbər verir ki, Rusiya və ABŞ prezidentləri arasında İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdən sonra iki lider ortaq bir bəyanat yayıblar.

Armenpress xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda bildirilib: “Biz, ABŞ Prezidenti Cozef R.Bayden və Rusiya Prezidenti Vladimir Putin qeyd edirik ki, ABŞ və Rusiya sübut etdi ki, münasibətlərin gərgin dövründə belə qarşılıqlı proqnozlaşdırıla bilən strateji hədəflər çərçivəsində, hərbi qarşıdurma və nüvə müharibəsi təhlükəsini azaltmaqda irəliləyişlər əldə edə bilərlər.”

Bu bəyanatın digər hissəsində deyilir: “New START” müqaviləsinin son yenilənməsi nüvə silahlarına nəzarət öhdəliyimizin bir nümunəsidir. Bu gün biz nüvə müharibəsinin qələbəyə malik olmaması və belə bir müharibənin əsla aparılmaması prinsipini bir daha təsdiqləyirik.”

Bu bəyanatın sonunda belə qeyd olunub: “Bu hədəflərə uyğun olaraq, ABŞ və Rusiya yaxın gələcəkdə sabit və strateji ikitərəfli dialoqa başlayacaqdır. Bu dialoqlar vasitəsilə silahlara nəzarət tədbirlərinə yol açmağa və gələcək təhdidləri azaltmağa çalışacağıq.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib