Putin: Rusiya ərazisinə təcavüz edən düşmənin dişlərini əzəcəyik

Qafqaztimes xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin cümə axşamı günü etdiyi çıxışında Rusiyanın suverenliyini pozmağa çalışan hər bir ölkənin dişlərinin sındırılacağı barədə xəbərdarlıq edib.

“Newsweek”-in məlumatına görə Putin deyib: “Bir şey həmişə təkrarlanır. Rusiya gücləndikcə inkişafının qarşısını almaq yollar tapmağa çalışırlar.”

Rusiya prezidenti bildirib: “Hər kəs bizdən bir parça dişləmək və ya qoparmaq istəyir, amma bunu etmək istəyən hər kəs bilsin ki, biz dişlərinizi elə şəkildə qoparacağıq ki, artıq dişləyə bilməyəsiniz.”

“Rus ordusunun inkişafı onun qələbəsinin təminatıdır və heç bir ölkə bizə qarşı ərazi iddiası etməklə öz şansını sınamamalıdır”, deyə Vladimir Putun əlavə edib.

Rusiya bu yaxınlarda NATO üzvü olan ölkələrə Şimal Qütbünün onun ərazisinin bir hissəsi olduğu barədə xəbərdarlıq edib. NATO üzvü olan ölkələr həmçinin Ukraynanın Krım da daxil olmaqla Rusiyanın bəzi bölgələrinə qarşı ərazi iddialarını dəstəkləyir.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…