Putin: İranın köməyə ehtiyacı vardır, ancaq Qərb sanksiyaları götürmək istəmir

Qafqaztimes xəbər verir ki, Sputnik-in məlumatına görə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun ümumi yığıncağında İran barədə danışarkən deyib: “Bu gün epidemiya səbəbindən yaranan vəziyyətə görə İranın köməyə ehtiyacı vardır, ancaq Qərb bu ölkəyə qoyulan məhdudiyyətləri ləğv etmir.”

Rusiya prezidenti belə əlavə edib: “İran məsələsində siyasi mövzulara qarışmaq istəmirəm, amma bu ölkənin yardıma ehtiyacı var. Buna baxmayaraq sanksiyaların heç biri ləğv edilmir, hətta bu barədə heç bir danışıq belə aparılmır. Venesuela kimi başqa ölkələr barədə də həmçinin. Siyasət öz yerində, amma humanitar yardım humanitar yardım olaraq qalır.”

Rusiya prezidenti həmçinin qeyd edib: “Beynəlxalq humanitar yardıma ehtiyac barədə Qərbdən tez -tez müraciətlər eşidirik. Yaxşı, bu humanistlik haradadır?”

Vladimir Putin belə qeyd edib: “Təəssüflər olsun ki, epidemiya şəraitinə, xüsusilə dərman və peyvənd paylanmasına qoyulan məhdudiyyətlər qaldırılmır.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur