Putin Consona xəbərdarlıq etdi: NATO Ukrayna vasitəsilə Rusiyanı təhdid edir

Qafqaztimes xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Boris Consonla telefon danışığında Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Ukraynadakı fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.

Kreml bazar ertəsi bildirib ki, Consonla telefon danışığı zamanı Putin deyib ki, NATO hərbi alyansı üzvləri Ukraynadakı fəaliyyətlərini genişləndirməklə Rusiyanı təhdid edirlər.

“Reuters”in məlumatına görə, Rusiya prezident aparatı Putinin Böyük Britaniyanın baş naziri ilə telefon danışığını belə izah edib: “Putin ilk öncə Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı əsas qiymətləndirməsinin icmalını vermişdir. Prezident təkid etmişdir ki, bütün bunlar NATO ölkələrinin Ukrayna torpaqlarında hərbi fəaliyyətini genişləndirməsi kontekstində baş verir ki, bu da Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır.”

Bu arada Consonun ofisi iddia edib ki, o, Putinə Ukraynaya qarşı hər hansı bir sabitliyi pozan addımın atılmasının strateji səhv olduğunu və bunun pis nəticələri olacağı barədə xəbərdarlıq edib.

Böyük Britaniya Baş Nazirlik Ofisindən verilən açıqlamalara görə Conson Böyük Britaniyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini vurğulayaraq, Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşməsi ilə bağlı Londonun dərin narahatlığını ifadə edib.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır