Putin-Ərdoğan dostluğu davam edəcək

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Ukraynada ölüm-qalım savaşı aparan Rusiya ətrafında çevrə ABŞ və müttəfiqləri tərəfindən daraldılmaqdadır. Bu konfliktə bitərəf qalmaq istəyənlər arasında Türkiyə diqqəti daha çox cəlb edir. NATO üzvü olan, eyni zamanda Rusiya ilə güclü strateji tətəfdaşlıq edən Türkiyə hansı yolu seçəcək? Əroğan Putinlə söhbətdə Ukrayna tərəfdə dayansa da, bu sadəcə sözdür. (Elə Putinin Suriya tərəfində dayanması da buna bənzəyir) Türkiyə işdə hansı addımları atır? Ən əsası Ankara Moskvaya qarşı tarixdə görünməmiş sankiyalara qoşulmur. Türkiyə prezidentinin rəsmi təmsilçisi İbrahim Kalın  CNN Turk-ə deyib ki, Türkiyə sanksiyalardan kənarda qalacaq. Ankara bu mövqeyini vasitəçilik istəkləri ilə əlaqələndirsə də, daha dərində köklər ola bilər.

Türkiyə sevriliş hadisəsində istər ABŞ, istər NATO-nun fitnəkarlığını gördü. Ərdoğan məhz həmin hadisədən sonra yeni dayaqlar axtarmağa başladı. BBC Ərdoğan-Putin yaxınlığının köklərini araşdırarkən hər iki şəxsin avtorotarlığına önəm verib. Əslində ABŞ hakimiyyəti də, Avropa başçıları da avtoritardır. Ekspertlər oxşarlığı Ərdoğanla Putin yox, Türkiyə ilə Rusiya arasında görür. Bu oxşarlığa Avropanın uzun illər Türkiyəni süründürüb öz sıralarına qəbul etməməsi də dayanır. ABŞ və Avropa Rusiya və Türkiyəyə təqribən eyni münasibət nümayiş etdirir. Olsun ki, bu baxışı formalaşdıran hər iki ölkənin müstəqillik, bəzən mənəm-mənəmlik xarizmasıdır.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO