Puşkini öldürən şəxsin fotosu 5200 dollara satıldı – FOTO

Rus şairi Aleksandr Puşkini dueldə öldürən Jorj Dantesin fotosu 5200 dollara hərracda satılıb.

Bu barədə “Ədəbiyyat fondu” hərracının mətbuat xidməti məlumat yayıb.

“XIX əsrin ikinci yarısı – XXI əsrin əvvəlləri” adlı hərracda ümumilikdə 230-dan çox nadir fotoşəkil təqdim olunub. Hərrac iştirakçıları əksər lotların ilkin dəyərini artırıblar.

Dantesin portretinin qiyməti üç dəfədən çox artırılıb. Şəklin ilkin qiyməti 1400 dollar olub.

1837-ci ildəki dueldən sonra Dantes Rusiyanı tərk edərək Fransaya gedib və burada siyasi karyera qurub. Foto 1865-ci ildə Parisdə çəkilib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO