Prezidenti pomidor atəşinə tutdular (Video izlə)

Fransa Prezidenti Emmanuel Makron ölkənin İl-de-Fransa regionuna səfəri zamanı pomidor atəşinə məruz qalıb.

Bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.

Telekanalın yaydığı görüntülərdən aydın olub ki, Makron kütlə içərisində olarkən ona bir neçə pomidor atılıb. Bunun ardınca Prezidentin mühafizəçiləri onu qorumaq üçün başı üzərində çətir açıblar. Hadisə zamanı yayım bir neçə saniyəlik dayandırılıb.

Makrona pomidor atan şəxs və yaxud şəxslərin kim olduğu barədə hələ ki məlumat verilməyib.

Xatırladaq ki, E. Makron aprelin 24-ü keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək yenidən Fransa Prezidenti seçilib.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO