Prezident vitse-prezident üçün işlədiyini dedi – FOTO/VİDEO

ABŞ Prezidenti Co Bayden yenidən çaşbaş qalıb.

O, ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin təltif edildiyi EMILY’s List qalasında dediyi yanlış ifadə ilə gündəmə gəlib.

Bayden “Fəxri spiker” titulunu alan Pelosini təbrik edib və etiraf edib ki, onu ABŞ tarixinin ən nüfuzlu natiqlərindən biri hesab edir.

“Mən dostum Kamalaya (ABŞ-nin vitse-prezidenti Kamala Harris – red.) da təşəkkür etmək istəyirəm – mən Ağ Evdə onun üçün işləyirəm”, – deyə Bayden fikrini bildirərkən səhvə yol verib.

Related posts

Meşədən kütləvi köç edən qırxayaqlıların görüntüsü tayvanlıları dəhşətə gətirdi – VİDEO

Yaşlı qadın küləyin qurbanına çevrilməkdən son anda xilas oldu – ANBAAN VİDEO

Türkiyədə qəribə hadisə: Eyni vaxtda çox sayda çuxurlar əmələ gəldi – FOTO