Portuqaliyada islam mərkəzinə hücum olub: Ölənlər var – FOTO

Portuqaliyanın paytaxtı Lissabonda ismaililərə aid islam mərkəzinə bıçaqlı hücum olub.

Bu barədə Portuqaliya polisi məlumat verib.

Məlumata görə, səhər saatlarında baş verən hadisəni Əfqanıstan vətəndaşı olduğu iddia edilən şəxs törədib. Nəticədə iki nəfər həyatını itirib.

Hücum edən şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Hadisənin səbəbi ilə bağlı hələ ki açıqlama verilməyib.

Digər tərəfdən, Portuqaliyanın Baş naziri Antonio Kosta polisin hücum edən şəxsi dərhal saxladığını bildirib.

Nazir həlak olanların ailələrinə başsağlığı verib.

Related posts

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO