Polislər “Marvel” personajları kimi geyindilər və basqın etdilər (Video izlə) 

Peruda qəribə basqın hadisəsi qeydə alınıb.

Polislər “Marvel” personajlarının kostyumlarını geyinərək narkotacirin evinə basqına gedib. Hörümçək adam, Kapitan Amerika, Tor və Pişik qadın paltarı geyinmiş insanları görən “tacirlər” anlaşılmazlıq olduğunu düşünüb, animatorların yalnış ünvana gəldiklərini bildiriblər. Polislərin hiyləli fəndlərindən sonra evdə olan hər kəs saxlanılaraq polis bölməsinə aparılıb. Əldə olunan narkotik vasitələr isə müsadirə olunub. Beləliklə Limada narkotik şəbəkəsinin qarşısını alınıb.

Basqından olan görüntüləri təqdim edirik:

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır