Polis tərəfindən saxlanılan Səfər Mehdiyevin maşını görün kimin adınadır (Video izlə)

Xəbər verdiyimiz  kimi sosial şəbəkələrdə  Səfər Mehdiyevin  idarə etdiyi  90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobilin polis  tərəfindən saxlanması videosu yayılıb.Maşından  düşən sürücü YPX əməkdaşına “Sən nə həyasız adamsan, əə? Görmürsən general-polkovnik Mehdiyevdir?” sözlərini deyib.

Bəs keçmiş sədrin idarə etdiyi bahalı maşın kimin adınadır?

Nömrə “Vadi-4” MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. Bəs bu şəxs kimdir? Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndindən olan qohumudur.

Related posts

Öz evindən pul və qızıl oğurlayıb bağda gizlətdi

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO