Pilotsuz təyyarələrlə mübarizə üçün İsrail-Səudiyyə-BƏƏ koalisiyası yaradıldı

QafqazTimes xəbər verir ki, İsrailin Kanal 12 televiziyası intiharçı pilotsuz uçan aparatların təhlükəsinə qarşı “Müdafiə Koalisiyası” adlı koalisiyanın yaradıldığını bildirib.

Məlumata görə, bu koalisiya sionist rejim və bəzi region ölkələrindən, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ-dən ibarətdir. Bu ittifaq son bir neçə gün ərzində sionist rejimin imkanlarından istifadə edərək pilotsuz uçan aparatları müəyyən etmək və onların qarşısını almaq üçün bir neçə ölkə ilə birgə yaradılıb.

Əl-Qüds Əl-Ərəbi qəzetinin məlumatına görə, bu xəbər bazar günü Əbu-Dabidə PUA-lar üzrə ixtisaslaşdırılmış konfransın keçirildiyi bir vaxtda yayılıb və BƏƏ müttəfiq ölkələrin ordularını dronların təhlükələrindən qorunmaq üçün güclü müdafiə sistemi yaratmağa dəvət edib.

BƏƏ-nin müşaviri və süni intellekt üzrə naziri Ömər Sultan əl-Uləma ərəb və Qərb ölkələrinin, o cümlədən ABŞ, Fransa və İngiltərənin ordularının nümayəndələrinin iştirak etdiyi konfransda deyib: “Bu gün biz bu texnologiya və elektron vasitələrdən istifadə etməklə millətlərimizi qorumağın vacibliyini hər zamankindən daha çox dərk edirik, lakin bu vasitələr bizə qarşı istifadə oluna bilər.”

Related posts

Franklin: Yəhudilər…

Sionist rejim: Robio İsrailin sevimli dostudur

Yəhudilər…