Pekin: İran-Rusiya manevri region stabilliyinin qoruyucusudur

Çin müdafiə nazirliyinin mətbuat katibi İran-Rusiya dəniz qüvvələrinin birgə hərbi manevrinin dəniz təhlükəsizliyi və regional stabilliyin qorunmasına kömək olacağını söyləyib.

Fars İnformaisya Agentliyinin məlumatına əsasən, Çin rəsmisi Tan Kifi dünən (30 mart) İran-Rusiya dəniz qüvvələrinin birgə təlimi barədə deyib: Çin, İran və Rusiyanın birgə təlimləri hər üç ölkənin hərbi potensiallarını gücləndirəcək.

Sputnikin verdiyi məlumata görə Çin rəsmisi Rusiya-Çin hərbi münasibətləri barədə deyib: Çin ordusu regionda sülh və təhülkəsizliyin təmini istiqamətində Rusiyanın yanındadır və daha geniş əməkdaşlıqlara hazırdır.

Qeyd edək ki, İran-Rusiya-Çin hərbi dəniz qüvvələrinin birgə təlimi mart ayının ikinci yarısında Fars Körfəzi sularında keçirilib. Ekspertlərin fikrincə bu hərbi manevr Qərb ölkələrinin manevrinin əksinə olaraq regionda sülh və təhlükəsizliyin təmini mövzusuna fokuslanmışdı.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur