Pekin: Amerika nüvə arsenalını azaltmalıdır

QafqazTimes xəbər verir ki, Amerikanın əsassız bəhanələrlə və milli təhlükəsizlik anlayışından sui-istifadə edərək Çin şirkətlərinə qarşı birtərəfli iqtisadi sanksiyalar tətbiq etməkdə israrlı olması Pekinin reaksiyası ilə müşayiət olundu.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bu gün (cümə axşamı) bildirib ki, ABŞ-ın Çin şirkətlərinə qarşı sanksiyaları Vaşinqtonun bu ölkəni cilovlamaq istəyinin nəticəsidir.

“Sputnik” xəbər agentliyinin məlumatına görə, bu çinli diplomat dünyada baş verən nüvə silahı böhranına da toxunaraq deyib: “Biz nüvə tərksilahı üzrə danışıqlarda iştirak etməyə və belə silahlardan istifadə etməməyə dair öhdəçiliyimizə sadiqik.”

Çin Xarici İşlər Nazirliyi daha sonra bəyan edib: “Biz ümid edirik ki, Birləşmiş Ştatlar öz nüvə arsenalının həcmini azaldacaq və qlobal nüvə təhlükəsizliyinin qorunmasına kömək edəcəkdir.”

Digər tərəfdən, Çinin Vaşinqtondakı səfirliyi də Tayvanın regional prezidenti Tsay İnq-Venin Amerikaya səfərinə reaksiya olaraq xəbərdarlıq edib: “Bu səfər iki ölkə münasibətlərində ciddi qarşıdurmaya səbəb ola bilər.”

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Abş-ın bir neçə Çin şirkətini sanksiyalar siyahısına salması ilə bağlı son addımlarını pisləyərək, Vaşinqtonun dünyada nüvə təhlükələrinin əsas mənbəyi olduğunu vurğulamışdı.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya