Paytaxtda kuryerin velosipedini oğurlayan şəxs tutuldu – FOTO/VİDEO

Paytaxt ərazisində kuryer işləyən şəxsin velosipedi oğurlanıb. 

Hadisə mayın 9-da Fətəli xan Xoyski 98a küçəsində qeydə alınıb.

Velosiped oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə məhkum olunmuş 1978-ci il təvəllüdlü İslam Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində müxtəlif ünvanlardan 5 velosiped oğurlaması müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Hadisə anı binanın təhlükəsizlik kameralarına düşüb. Videoda orta yaşlı kişinin velosipedi oğurlaması aydın görünür.

Sözügedən görüntüləri təqdim edirik:

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO