Partlayışda həlak olan polis əməkdaşı dəfn edildi – FOTO

Bakının Binəqədi rayonunda Cavadxan küçəsində baş verən partlayışda həlak olan polis əməkdaşı Məhəmməd Babayev dəfn edilib.

M.Babayev Qubanın İkinci Nügədi kəndində torpağa tapşırılıb.  

Qeyd edək ki, yanvarın 2-si saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. 

Məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Hadisə nəticədə 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Bildirək ki, hadisə nəticəsində dünyasını dəyişən M.Babayev yeni ailə həyatı qurubmuş. 

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir