İngiltərədə itkin düşən azərbaycanlı tələbə tapılıb – YENİLƏNİB + FOTO

Mançesterdə itkin düşdüyü deyilən azərbaycanlı tələbə Fəridə Əliyeva tapılıb.

Bu barədə onun bacısı Səbinə Əliyeva məlumat verib. 

“Bacım yaşadığı evi dəyişdiyi və telefonu bir neçə gün sönülü olduğu üçün əlaqə qura bilmədik və narahat olduq. Düşündük ki, bəlkə azərbaycanlı tələbələrdən kimləsə əlaqəsi olar, ona görə də post paylaşdıq. Ancaq biz onun sağ salamat olduğunu və yerini bildik”, – deyə o qeyd edib.

10:20

Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itkin düşüb.

Bu barədə “Facebook” qruplarından birində ailənin istəyi üzrə məlumat paylaşılıb. 

Qeyd edilib ki, hadisə ilə bağlı 27 dekabrda polisə məlumat verilib:

“Mançester polisi vəziyyəti medium risk kimi dəyərləndirir. Ailəsi şəklini paylaşmağı xahiş etdi ki, bəlkə, tanıyan, dekabr ayında onu görən olar”.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO