Parisdə minlərlə insan qeyri-adi rekorda imza atdı – FOTO/VİDEO

Parisdə (Fransa) keçirilən küçə imlası dünyanın ən kütləvi diktə yazısı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

İmlada 1 650-dən çox insan iştirak edib ki, onlardan 1 397-si “Ginnesin Rekordlar Kitabı” tərəfindən təsdiqlənib. Təşkilatçıların sözlərinə görə, üç sınaqda 5000-dən çox insan iştirak edib. İmlalar uşaqlıq, müasirlik və idman mövzularında olub.

Onlardan birincisini jurnalist və ədəbiyyatşünas Ogustin Trapenar, ikincini məşhur fransız yazıçısı Ketrin Pankol, üçüncünü isə reqbiçi və Parisin idman tədbirlərinə məsul vitse-meri Pyer Rabadan oxuyub.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO