Təbii fəlakətdən sonra yeni göllər meydana gəldi – FOTO/VİDEO

Pakistanda güclü yağışların səbəb olduğu təbii fəlakətin miqyasının peyk görüntüləri yayılıb. Kadrlardan aydın olur ki, Hind çayının daşması Sind əyalətinin bir hissəsini 100 kilometr enində daxili gölə çevirib.

Kadrlar NASA-nın MODIS peyk sensoru tərəfindən çəkilib.

Qeyd edək ki, hazırda ölkənin bəzi əraziləri su altında qalıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) iyunun ortalarından bəri 1162 nəfərin ölümünə, 3554 nəfərin yaralanmasına və 33 milyon insanın təsirinə səbəb olan təbii fəlakəti “steroidlər üzərində musson” adlandırıb.

Pakistan Meteorologiya Departamentinin məlumatına görə, 1961-ci ildən bəri ölkədə ən yağışlı mövsüm sayılan bu dövr daha bir ay davam edəcək.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO