Özünü sahilə atan delfinlərlə bağlı qəddar qərar verildi (Video izlə)

Avstraliyada özünü sahilə atan qara delfinlərdən (qrind) sağ qalanlar iynə vurularaq öldürüləcək.

Bu barədə ölkə hökuməti qərara gəlib.

Onlar heyvanların əziyyətini yüngülləşdirmək üçün bu yolu seçdiklərini bildiriblər.

Xatırladaq ki, bir neçə gün öncə delfinlər kütləvi şəkildə özlərini Çeyns-Biçə atıblar. Hadisə yerinə cəlb olunan 250-dən çox könüllü, dəniz həyatı mütəxəssisləri və baytarlar heyvanları xilas etməyə çalışsalar da, heyvanlardan 51-i ölüb. İndi isə qalan 46 qrindin öldürülməsinə qərar verilib.

Qeyd edək ki, qrindlərin özlərini kütləvi şəkildə sahilə atmaları qeyri-adi hadisə deyil. Bununla belə elm adamları bu fenomenin səbəblərini hələ də izah edə bilmirlər.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO