Özünü körpüdən atmaq istəyən qadın son anda xilas edildi (Video izlə)

Lənkəranda 23 yaşlı qadın özünü körpüdən atmaq istəyib.

Hadisə Hirkan qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, qadın evli olub. O, ailədaxili problemlər səbəbindən özünü Ələt-Astara magistralının üstündən keçən körpüdən atmaq qərarına gəlib.

Ətrafdakı insanlar qadını fikrindən daşındırmağa çalışsalar da buna nail olmayıblar. Həmin vaxt yoldan keçən Lənkəran polis şöbəsinin əməkdaşının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb. Polis qəfil həmlə ilə qadını tutaraq xilas edib.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO