Oyun zamanı nokauta düşən idmançının rentgen şəkli feyk çıxdı – FOTO/VİDEO

Futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının müdafiəçisi Yaser Əl-Şahrani DÇ-2022-nin qrup mərhələsində Argentina ilə oyunda (2:1) aldığı dəhşətli zədədən sonra videomüraciət edib. O, vəziyyətinin yaxşı olduğunu deyib.

“Sizi əmin etmək istəyirdim ki, mən yaxşıyam. Səudiyyəli azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirik. Siz buna layiq idiniz”, – deyə futbolçu bildirib.

Xatırladaq ki, komandalarının qapıçısı Mohammed Al-Oveyslə toqquşmadan sonra səudiyyəli müdafiəçinin çənəsi və üz sümüyü sınıb, beyni silkələnib. O, həmçinin bir neçə dişini itirib.

Əl-Şahrani əməliyyat üçün təcili olaraq Qətərdən Almaniyaya göndərilib.

Yeri gəlmişkən qeyd edək ki, sosial şəbəkələrdə onun üzünün rentgen şəkli olduğu iddia edilən görüntülər yayıldı. Ancaq Şahraninin müraciətindən sonra bunun feyk olduğu aydınlaşıb.

Qeyd edək ki, Argentina üzərində qələbəyə görə Səudiyyə Ərəbistanı hər oyunçusunun 2,5 milyon avro verib. Səudiyyə Ərəbistanı üçün bu, dünya çempionatında 4-cü qələbədir. Ölkə kralı Argentina üzərində qələbə şərəfinə ölkədə istirahət günü elan edib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO