Oyun zamanı bədbəxt hadisə baş verdi- Qapıçı komaya düşdü (Video izlə)

Türkiyədə Həvəskarlar Liqasında keçirilən “Akınspor”-“Çaycumaspor” qarşılaşmasında bədbəxt hadisə baş verib.

Cərimə meydançasına edilən asmanı dəf etməyə çalışan “Çaycumaspor”un qapıçısı rəqib hücumçu ilə toqquşub və başından zədə aldıqdan sonra huşsuz vəziyyətdə yerə yıxılıb.

Komaya düşən qolkiper xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər bildiriblər ki, futbolçunun kəllə sümüyündə çatlar, beyində daxili və xarici qanaxma olub.

Hazırda qapıçının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO