Oskar mükafatının qalibi Nyu-Yorkda haqsızlığa etiraz etdi -həbs olundu – FOTO

“Oskar” mükafatlı aktrisa, 76 yaşlı Syuzan Sarandon Nyu-Yorkda keçirilən etiraz aksiyasında saxlanılıb.

Sarandon Kapitolidə keçirilən restoran işçilərinin minimum əməkhaqqının artırılması ilə bağlı etiraz aksiyasında iştirak edib. Restoran işçiləri minimum əməkhaqqının saatda 17 dollara qədər artırılması üzrə yeni ştat qanunvericiliyinə daxil edilməyiblər.

“Onlar (restoran işçiləri) çox önəmli insanlardır və onlara ləyaqətlə yanaşılmalıdır. Həm də təkcə gördükləri ağır işə görə deyil”, – deyə Syuzan Sarandon mitinqdə ictimaiyyət qarşısında çıxış edərkən qeyd edib.

Aktrisa “Vahid ədalətli maaş” təşkilatının saxlanılan səkkiz fəalı arasında olub. Ona və tərəfdaşlarına cərimə tətbiq olunduqdan sonra sərbəst buraxılıblar.

Related posts

Meşədən kütləvi köç edən qırxayaqlıların görüntüsü tayvanlıları dəhşətə gətirdi – VİDEO

Yaşlı qadın küləyin qurbanına çevrilməkdən son anda xilas oldu – ANBAAN VİDEO

Türkiyədə qəribə hadisə: Eyni vaxtda çox sayda çuxurlar əmələ gəldi – FOTO